Kolumbiya və Yaponiya 1/8 finalda
28
iyn
2018
20:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulur.“Volqoqrad” arenada “H” qrupunda yer alan Yaponiya yığması qrupun autsayderi olan Polşa milli komandası ilə qarşılaşıb. Oyun 0:1 hesabı ilə polşalıların xeyrinə başa çatıb.Qollar: Bednarek (60-cı dəq.)Samaranın “Kosmos” arenasında isə Seneqal təmsilçiləri Kolumbiya yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda qalib tərəf Kolumbiya millisi olub. Oyun 0:1 hesabı ilə başa çatıb.Qollar: Mina (74-cü dəq)Beləcə yekun nəticələrə görə “H” qrupundan Kolumbiya altı xalla birinci, Yaponiya isə dörd xalla ikinci yerdə çıxıb. Komandaların 1/8 finaldakı rəqibləri 22-00-da başlayacaq “G” qrupunun oyunlarından sonra məlum olacaq.BAKU.WS
Oxşar xəbərlər
Uruqvay millisi rusları darmadağın etdi
Rusiyada Futbol üzrə dünya çempionatının 3-cü turu start götürüb. BAKU.WS-in məlumatına görə, A qrupunda parallel olaraq iki oyun keçirilib. “Volqoqrad Arena”da...