Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər.
Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.
İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə "Murov Az Terminal" oyunçuları üstün olublar - 27:25, 25:19.
Dördüncü setdə “Azərreyl” istəyinə çatıb - 32:30.
Həlledici, qızıl setdə (15:13) də üstün olan "Azərrey" rəqibə 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu adına sahib çıxıb.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.
Oxşar xəbərlər
Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. “Report” xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, i...
