Kipr klubu "Qarabağ"a qalib gəlmək arzusundadır

Kipr klubu Qarabağa qalib gəlmək arzusundadır
İdman 93

"Matçı səbirsizliklə gözləyirik. Evdə azarkeşlərimiz qarşısında oynamaq bizim üçün yaxşıdır".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis meydana hansı taktiki sxemlə çıxacaqlarını açıqlaq istəmədiyini bildirib: "Görüşün çətin keçəcəyini bilirik. Qalib gəlməyə çalışacağıq. Bilirik ki, bunu etsək, qrupdan çıxmaq şansımız artacaq. Doğma meydanda qələbə qazanmaq əla olardı. Harada mübarizə aparmağımızdan asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. "Qarabağ" təsnifat mərhələsində AEL-i mübarizədən kənarlaşdırıb, qrupdakı ilk matçında isə "Bazel" lə heç-heçə edib. Yaxşı komandaya qarşı çətin oyun gözləyirik".

Norveçli baş məşqçi İsveçrə "Bazel"ini qrupun ən güclü komandası hesab edir: "Ötən ilki qrupumuz çətin idi. İndiki rəqiblərimiz isə səviyyəmizə uyğundur. Bizə görə, "Bazel" qrupun favoritidir. Biz onlarla rəqabət aparmaq və əlimizdən gələni etmək üçün buradayıq".

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Son xəbərlər