İkardinin bu hərəkəti "Qalatasaray" azarkeşlərini narahat etdi - FOTO

İkardinin bu hərəkəti Qalatasaray azarkeşlərini narahat etdi - FOTO
İdman 112

Erden Timurun "Qalatasaray"dan istefasından sonra komandadan ayrıla biləcəyi iddia edilən Mauro İkardinin gecə yarısı sosial media hesabında dəyişiklik etməsi "sarı-qırmızılı" azarkeşləri narahat edib.

BAKU.WS xəbər veirr ki, ulduz futbolçu instaqram profilində "Qalatasaray" bölməsini silib.

2026-cı ilin iyun ayının sonuna qədər İstanbul nəhəngi ilə müqaviləsi olan argentinalının bu hərəkəti "İkardi "Qalatasaray"dan ayrılacaqmı?" suallarının yaranmasına səbəb olub.

Qeyd edək ki, cari mövsüm "Qalatasaray"ın heyətində 47 rəsmi matçda iştirak edən Mauro İkardi 32 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

31 yaşlı futbolçu üçün İtaliya və MLS-dən təkliflərin olduğu bildirilir.

İkardinin bu hərəkəti

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər