Karateçimiz Fujeirada qızıl medal qazanıb - FOTO

Karateçimiz Fujeirada qızıl medal qazanıb - FOTO
Foto
İdman 44

16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Amin Yadigarlı Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin qızıl medalını qazanıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

55 kq çəki dərəcəsində çıxış edən gənc idmançı bütün rəqiblərindən güclü olaraq, yarışı qalib kimi tamamlayıb.

Ondan əvvəl Nicat Kərimli (75 kq) və Rumil Cəfərli (76 kq) gümüş medala layiq görülüb.

Qeyd edək ki, Karate1 Youth League turniri fevralın 26-da başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər