Kamran Ağayev 673 gün sonra meydana çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev uzun fasilədən sonra rəsmi matça çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda “Səbail”in formasını geyinən 35 yaşlı futbolçu bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə “Sumqayıt”a qarşı oyunda iştirak edib.
Komandanın baş məşqçisi Aftandil Hacıyev təcrübəli qolkiperə start heyətində yer verib.
Qeyd edək ki, Kamran Ağayev “Səbail”ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında “Keşlə”nin heyətində “Neftçi”yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb. Bir sözlə, Ağayev 673 gündən sonra yaşıl meydanlara dönüb.
Oxşar xəbərlər
Fatih Terim: Bəzi oyunçularımı riskə atmaq istəmədim
“Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm”. BAKU.WS xəbər verir ki, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının II təsnifat...