Juninyo “Bayer 04”ə qarşı oyunda meydana çıxacaq? - “Qarabağ”dan AÇIQLAMA + FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın hücumçusu Juninyonun UEFA Avropa Liqasının 1/8 mərhələsinin cavab oyunları çərçivəsində Leverkuzendə “Bayer 04”ə qarşı matçda meydana çıxma şansları dəyərləndirilib.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev Oxu.az-a açıqlama verib.
“Juninyonun oyuna çıxıb-çıxmayacağı barədə hazırda dəqiq bir məlumat yoxdur. Tam dəqiq qərar oyun günü baş tutacaq məşqdən sonra bilinəcək”, - A.Hacıyev bildirib.
Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda baş tutan “Qarabağ” - “Bayer 04” matçının ilk yarısı “Qarabağ”ın 2:0 hesablı üstünlüyü ilə bitsə də, ikinci yarıda rəqib komanda hesabı bərabərləşdirməyi bacarıb. Qarşılaşmanın 82-ci dəqiqəsində Juninyo zədələnib və Nəriman Axundzadə ilə əvəzlənib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib - YENİLƏNİB-8
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb. Tofiq Bəhramov adına Res...