Joze Mourinyo "Fənərbağça" rəhbərliyindən israrla Medinanı istəyir
"Fənərbağça" "Boka Xuniors"dan heyətinə qatmaq istədiyi Kristian Medina ilə bağlı indiyə qədər xoşbəxt sona çata bilməyib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sarı-göylü komanda argentinalı ulduzu heyətə cəlb etmək üçün səylərini sentyabrın 13-nə, transfer pəncərəsinin son gününə kimi davam etdirəcək.
Məlumata görə, "Fənərbağça"nın Medinanın transferində israrlı olmasının səbəbi baş məşqçi Joze Mourinyo olub.
Portuqaliyalı çalışdırıcı 22 yaşlı futbolçunu almağı çox istəyir və yay transfer dönəmində baş verməsə belə, qış transfer pəncərəsində mütləq Medinanı heyətə cəlb edəcək.
"Fənərbağça" sonuncu dəfə "Boca Xuniors"a Medina üçün 15 milyon dollar və sonrakı satışdan 20 faizlik pay təklif etmişdi.
Klub isə 22 yaşlı futbolçunu yanvarda göndərməyi təklif etmişdi, çünki Medinanı satsalar, transferdə problem yaşayacaqlar. "Fənərbağça" isə UEFA Avropa Liqasının heyətinə düşə bilmədiyi üçün Argentina təmsilçisinin bu təklifini qəbul etməyib.
"Boca Xuniors" ilə müqaviləsi 2027-ci ilə qədər davam edən Medinanın hazırkı bazar dəyəri 10 milyon avro olaraq göstərilir.
Qalereya
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...