Jorji Jezuş ulduz futbolçunu düşərgədən qovdu
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça"dan ayrıldıqdan sonra "Əl-Hilal"ın sükanı arxasına keçən Jorji Jezuşun Səudiyyə Ərəbistanı macərası hadisələrlə başlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın ulduzu Mussa Mareqanı mövsüm öncəsi düşərgədən qovub.
32 yaşlı futbolçu məşqlərini Riyadda davam etdirəcək.
Klubdan verilən açıqlamada, "Baş məqşçi Jorji Jezuş Mussa Mareqanın Avstriya düşərgəsini tərk edərək Riyada qayıtmasına, eyni zamanda məşq proqramını orada davam etdirməsinə qərar verib", - deyə bildirilib.
Qeyd edək ki, Mareqa "Əl-Hilal"ın heyətində ümumilikdə 75 oyun keçirib. 32 yaşlı futbolçu bu matçlarda 25 dəfə fərqlənib və 7 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 68 yaşlı mütəxəssis 2022-ci ilin yayından İstanbul klubunu çalışdırırdı.
Oxşar xəbərlər
Arda Gülərdən Jorji Jezuşa əl hərəkəti: Xəbərdarlıq edildi - FOTO
Türkiyə Super Liqasında XXXIV tur "Fənərbağça" - "Trabzonspor" oyununda baş məşqçisi Jorji Jezuşla İstanbul təmsilçisinin oyunçusu Arda Güler arasında gərginlik...