"Fənərbağça" baş məşqçisi ilə bağlı qərar verib

Fənərbağça baş məşqçisi ilə bağlı qərar verib
İdman 105

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Jorji Jezuşla bağlı qərar verib.

BAKU.WS "report"a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis komandadakı işini davam etdirəcək.

Klubun bazasında İstanbul təmsilçisinin prezidenti Ali Koçla görüşən 69 yaşlı baş məşqçi istefaya göndərilməyəcək. O, Türkiyə Kubokunda "Kayserispor"a qarşı keçirəcəkləri oyunda komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, "Fənərbağça" ötən tur evdə "Beşiktaş"a 2:4 hesabı ilə uduzub. Həmin məğlubiyyətdən sonra Jorji Jezuşun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər