Arda Gülərdən Jorji Jezuşa əl hərəkəti: Xəbərdarlıq edildi - FOTO

Arda Gülərdən Jorji Jezuşa əl hərəkəti: Xəbərdarlıq edildi - FOTO
Foto
İdman 144

Türkiyə Super Liqasında XXXIV tur "Fənərbağça" - "Trabzonspor" oyununda baş məşqçisi Jorji Jezuşla İstanbul təmsilçisinin oyunçusu Arda Güler arasında gərginlik yaşanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçın 60-cı dəqiqəsində rəqibi ilə mübarizədən sonra əsəbləşən Arda Gülər ​​Jezuşun "sakit ol" xəbərdarlığına əl hərəkətləri ilə reaksiya verib.

Qarşılaşmadan sonra portuqaliyalı mütəxəsis Arda Güləri yanına çağıraraq gənc ulduza xəbərdarlıq edib.

​​Jezuş matçdan sonra verdiyi açıqlamada, "Ardaya taktiki və texniki məsələlərlə bağlı xəbərdarlıq edirdim. Normal bir məşqçinin etdiyi xəbərdarlıq idi. Ardanın oyunu bu gün yaxşı oyunlarından biri idi", - deyə bildirib.

Qeyd edək ki, "Ülker" stadionunda keçirilən görüş İstanbul təmsilçisinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər