İvan Lepinitsa: "İnanırıq ki, mərhələni adlayan tərəf biz olacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" "Orhus"la qarşılaşmaya çox ciddi hazırlaşıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Sabah"ın futbolçusu İvan Lepinitsa "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl deyib.
Yarımmüdafiəçi görüşə ciddi hazırlaşdıqlarını bildirib:
"Səfərdə çox yaxşı çıxış etmişdik. Rəqibin 2 dəfə uzaq məsafədən qol vurmaq şansı var idi və bu vəziyyətdən maksimum istifadə etdilər. Cavab matçına çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, mərhələni adlayan tərəf biz olacağıq".
Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...