İspaniya təmsilçisinin 21 yaşlı futbolçusu iki top-klubun maraq dairəsinə düşüb

İspaniya təmsilçisi "Atletiko"nun 21 yaşlı yarımmüdafiəçisi Pablo Barrios Avropanın iki top-klubunun maraq dairəsinə düşüb.
"Report" "Bild"ə istinadən xəbər verir ki, Almaniyanın "Bavriya" və İngiltərənin "Çelsi"si klubları futbolçunu transfer etmək istəyir.
Hər iki klub yarımmüdafiəçi üçün 70 milyon avro təklif etməyə hazırdır. Ancaq P.Barriosun müqaviləsində 100 milyon avro məbləğində sərbəst qalma maddəsi var.
Qeyd edək ki, futbolçunun "Atletiko" ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. Cari mövsümdə o, Madrid klubunun heyətində 24 matçda iştirak edib və iki məhsuldar ötürmə müəllifi olub.
Oxşar xəbərlər
Premyer Liqa: Turun açılış oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol üzrə Misli Premyer Liqasının XXXIV turuna bu gün start veriləcək. BAKU.WS xəbər verir ki, turun açılış matçında "Sabah" komandası "Şamaxı"nı qəbul edəcək...
