İspaniya Superkubokunun finalı: "Barselona" – "Real Madrid"
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün futbol üzrə İspaniya Superkubokunun final matçı keçiriləcək. Həlledici oyunda "Barselona" və "Real Madrid" komandaları qarşılaşacaqlar.
BAKU.WS xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kral Abdulla Sports Siti" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Barselona" heyətində Ronald Arauxo, Andreas Kristensen və Qavi zədələr səbəbindən oyunda iştirak edə bilməyəcək. Madrid klubundan isə Eder Militao matça qatılmayacaq, Trent Aleksander-Arnold və Antonio Rüdigerin meydana çıxıb-çıxmayacağı isə hələ məlum deyil.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...