"İmişli" - "Şamaxı" matçında qalib müəyyənləşmədi
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XXI turunda daha bir oyun keçirilib.
BAKU.WS xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə qarşılaşan "Şamaxı" heç-heçəyə razılaşıb.
Matçda qapılara qol vurulmayıb. Meydan sahibləri 20 xalla 9-cu, "Şamaxı" 25 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...