İlin ən çox qazanan idmançısının adı açıqlanıb

"Əl-Nassr"ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilin ən çox qazanan idmançısı olub.
BAKU.WS xəbər verir ki, reytinqi Amerikanın "Sportico" idman media şirkəti təqdim edir.
Mənbənin məlumatına görə, 2024-cü ildə futbolçu 260 milyon dollar qazanıb ki, bunun da 215 milyon dolları "Əl-Nassr" və Portuqaliya millisindəki maaşı, 45 milyon dolları isə digər gəlirləridir. İkinci yerdə gəliri 153,8 milyon olan "Golden State Warriors" basketbolçusu Stiven Karri qərarlaşıb. Britaniyalı boksçu Tayson Fyuri 147 milyon dollarla üçüncü olub.
Portuqaliyalı "Əl Nəsr"ə 30 dekabr 2022-ci ildə qoşulub. Forvardın müqaviləsi iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avrodur ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edir.
Oxşar xəbərlər
Azərbaycanın həndbol millisi Paraqvay yığmasına məğlub olub
Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb. "Report"un məlumatın...
