Qərbin bir qərarı dünya müharibəsinə səbəb ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın keçmiş baş naziri və müxalifətdəki "Beş Ulduz Hərəkatı"nın lideri Cüzeppe Konte Ukraynaya silah tədarükünün qlobal münaqişə riskini artırdığını bildirib.
BAKU.WS xəbər verir ki, Konte "Adnkronos" agentliyinə açıqlamasında Kiyevə hərbi yardımların eskalasiyaya səbəb olduğunu və Üçüncü Dünya müharibəsi ehtimalını artırdığını deyib.
Konte 2027-ci il seçkilərindən sonra Ukraynaya genişmiqyaslı silah tədarükünün davam etdirilməsinin yolverilməz olduğunu vurğulayıb. O, Ukrayna məsələsinin diplomatik yolla həllini müdafiə edir.
Müxalifət lideri bildirib ki, "Beş Ulduz Hərəkatı" Baş nazir Ciorcia Meloninin xarici siyasət kursunu davam etdirən proqramı dəstəkləməyəcək.
Oxşar xəbərlər
Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı
Yaponiyada ayı ilə toqquşan sərnişin qatarının ilk vaqonu relsdən çıxıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS Hokkaydo dəmir yolu şirkətinə istinadən məlumat...