İker Kasilyas Messi və Ronaldo müqayisəsinə belə cavab verdi
Madrid "Real"ının sabiq qapıçısı İker Kasilyas Kriştiano Ronaldo ilə Lionel Messidən hansını daha güclü hesab etdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə "Defens Central" nəşrinə açıqlamasında bildirib.
"Ronaldo ilə eyni komandada oynamışam, təbii ki, bu cütdə ən güclü ad kimi onu göstərirəm. Burada sual nədən gedə bilər ki?", - deyə Kasilyas deyib.
Qeyd edək ki, 40 yaşlı Kriştiano Ronaldo 5 dəfə "Qızıl top" mükafatına layiq görülüb, 38 yaşlı Lionel Messi isə bu mükafatı 8 dəfə qazanıb. Messi Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub, Ronaldo isə 2016-cı ildə Avropa çempionatının qalibi adını qazanıb. Portuqaliyalı ulduz Çempionlar Liqasını 5, argentinalı dünya çempionu isə 4 dəfə qaldırıb.
Oxşar xəbərlər
Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
Azərbaycan daha bir cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Fidan Cəlilli (70 kq) turnirdə üçüncü yerə çıx...