İkardidən "Qalatasaray" etirafı: "Kənarda olsa belə…"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray"da zədədən qolla qayıdan Mauro İkardi PAOK matçından sonra açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, İkardi açıqlamasında bunları deyib:
"Bu yola qələbə ilə başlamaq vacib idi. Həftə sonu derbi oynadıq. Bundan sonra oynadığımız ilk matçda qalib gəlmək vacib idi. Zədədən qayıtdım. Bu, xüsusidir. Bunu qolla taclamağımın ayrı bir önəmə sahubdir".
"Oyundan əvvəl iki məşqdə iştirak etdim. Argentinadan qayıtdıqdan sonra dərhal məşqdə iştirak etdim. Komandanın yanında olmaq vacibdir. Onlar mənim yanımdadır. Kənarda olsa belə mən də "Qalatasaray"ın yanında olmaq istədim. Zədədən qolla qayıtmaq xoş idi", - deyə Argentinalı hücumçu bildirib.
Xatırladaq ki, ötən gecə UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk qarşılaşmasında "Qalatasaray" öz meydanında PAOK-u 3-1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...