III MDB Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər mükafatlandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) III MDB Oyunlarında uğurla çıxış edən idmançıları mükafatlandırıb.
Bu barədə BAKU.WS-ə federasiyadan məlumat verilib.
Qurumun vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova turnirdə uğurlu çıxış edən idmançılarla görüşüb.
Millinin məşqçi heyətinin də qatıldığı tədbirdə stolustü tennisçiləri yüksək nəticələr münasibəti ilə təbrik edən ASTF rəsmiləri onlara gələcək yarışlarda da uğurlar arzulayıb, lazımi təklif və tövsiyyələrini veriblər.
Ardınca III MDB Oyunlarında Azərbaycanda layiqincə təmsil edən stolüstü tennisçilər və məşqçilərə, həmçinin federasiya nümayəndələrinə ASTF-nin təşəkkürnaməsi, hədiyyə və mükafatı təqdim olunub.
Qeyd edək ki, stolüstü tennisçilər sözügedən yarışda 6 gümüş, 3 bürünc medal qazanıblar.
Qalereya
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib. BAKU.WS xəbər verir ki, Stavanger şəhərində b...