Hüseyn Xəlilov Rusiyada 6 qızıl medal qazandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Kazan şəhərində keçirilən beynəlxalq turnirə yekun vurulub.
BAKU.WS xəbər verir ki, idman gimnastikası üzrə yarışda ölkəmizi Azərbaycan çempionu Hüseyn Xəlilov təmsil edib.
Bir çox beynəlxalq turnirlərin qalibi olan vunderkind idmançımız bu dəfə yenə bütün rəqiblərini arxada qoymağı bacarıb.
Zakir Mehdiyevin yetirməsi müxtəlif növlərdə 6 qızıl medal qazanaraq, Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Kazanı fəth edən Xəlilov, bir növ üzrə gümüş əldə edərək, öz parlaq çıxışı ilə yerli publikanın da rəğbətini qazanıb.
Qeyd edək ki, ölkəmizin ən pespektivli idmançılarından biri olan azyaşlı gimnast bu qələbə münasibətilə dördqat olimpiya çempionu, əfsanəvi rusiyalı idmançı Aleksey Nemov da təbrik edib.
Qalereya
Oxşar xəbərlər
Xəlilov qardaşları ABŞ-da 10 qızıl medal qazandı - FOTO
9 fevral tarixində ABŞ-ın Texas ştatının Pleyno şəhərində Ümumdünya Olimpiya Gimnastika Akademiyasının (World Olympic Gymnastics Academy) təşkilatçılığı ilə çem...