Holann "Leyptsiq"ə futbol dərsi keçdi - VİDEO

Holann Leyptsiqə futbol dərsi keçdi - VİDEO
Video
İdman 135

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 finalın daha iki cavab oyunu keçirilib.

“Portu” Portuqaliyada “İnter”i qəbul edib. İlk matçda minimal hesablı qələbə (1:0) əldə edən italyanlar səfərdə sərfəli nəticəni qoruya biliblər. Matç 0:0 hesabı ilə başa çatıb və “nerazzuri” adını 1/4 finala yazdırıb.

Digər matçda "Mançester Siti" İngiltərədə Almaniya "Leyptsiq"ini qəbul edib. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan "şəhərlilər" evdə rəqibinə 7 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib.

“Mançester Siti”nin qollarından 5-ni Erlinq Holann vurub. İlkay Gündoğan və Kevin De Bruyne hərəyə bir dəfə fərqləniblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər