Həsən Əliyev karyerasını erkən bitirdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yunan-Roma güləşi üzrə 2010-cu ilin dünya və Avropa çempionu Həsən Əliyev karyerasını bitirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 31 yaşlı Həsən Əliyev məşqçilik fəaliyyətinə başlayıb.
O, yunan-roma güləşi üzrə əsas millimizdə rusiyalı baş məşqçi Aleksandr Tarakanovun köməkçilərindən biri təyin olunub.Onun məşqçi kimi ilk ciddi sınağı bu ay Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri olacaq.
Xatırladaq ki, ötən ilin sonlarında sərbəst güləş üzrə üçqat Avropa çempionu Cəbrayıl Həsənov 30 yaşında zədəsinə görə karyerasını bitirmişdi. O, bu ilin əvvəlindən gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.
Qalereya
Oxşar xəbərlər
Olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram - Hacı Əliyev
Azərbaycanın sərbəst güləş üzrə milli komandasının kapitanı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim...