Hemilton Bakıdakı uğursuzluğundan danışdı - VİDEO

Hemilton Bakıdakı uğursuzluğundan danışdı - VİDEO
Foto Video
İdman 193

"Formula 1" üzrə "Mercedes" komandasının pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindəki uğursuzluğun səbəbini açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarışı 15-ci sırada tamamlayan britaniyalı sürücü döngəyə daxil olarkən düyməni səhv sıxdığını söyləyib.

7 qat dünya çempionu bildirib ki, "Red Bull"dan Serxio Peres ona yaxınlaşanda özünü itirib: "İçəridə ön əyləcləri işə salan düymə var. Peres yaxınlaşanda özümdən asılı olmayaraq, reaksiya verdim və səhvən açar yerinə toxundum. Nəticədə düymə ilişdi və maşını saxlaya bilmədim. Bolid irəliyə doğru hərəkət etməyə başladı".

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi Serxio Peres olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər