Həbs olunan məşhur futbolçu həbsxanada məşqçi oldu
Məşhur braziliyalı futbolçu Robinyo həbsxanada məşqçi olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, məhbuslara futbol oynamağı öyrədir.
Belə ki, Braziliyalı 2022-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhbus həyatı Robinyonun futbol sevgisinin önünə keçə bilməyib. O, hazırda müxtəlif cinayət növləri ilə yaradılmış komandalar arasında matçlar keçirir.
Bildirilib ki, bundan məhbusların yaxınları xəbər tutub - indi həbsxanaya gələnlərin sayı 30% artıb. Bəziləri hətta Robinyodan Santos forması ilə avtoqraf istəyirlər.
Ola bilsin ki, azadlığa çıxandan sonra braziliyalı yeni həyata başlayacaq. Və məşqçi kimi karyerasını davam etdirəcək.
Oxşar xəbərlər
Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi yığmasına düşdü
UEFA-nın mətbuat xidməti "X" sosial şəbəkəsindəki səhifəsində Çempionlar Liqasında həftənin rəmzi yığmasını dərc edib. BAKU.WS xəbər verir ki, "Qarabağ"ın müdaf...