Həbib Nurməhəmmədov ən yaxşı futbolçuların adlarını açıqladı - VİDEO

Həbib Nurməhəmmədov ən yaxşı futbolçuların adlarını açıqladı - VİDEO
Video
İdman 322

Rusiyanın MMA döyüşçüsü Həbib Nurməhəmmədov İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu tarixin ən yaxşı futbolçusu adlandırıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, dağıstanlı idmançı "UFC Russia" yutub kanalına müsahibəsində portuqaliyalı ulduz hücumçunun daim sabit çıxış etdiyini bildirib.

Nurməhəmmədovun sözlərinə görə, 36 yaşlı forvard 16 ildir zirvədədir: "Bu insan hələ 2004-cü ildə Avropa çempionatının finalında Yunanıstana uduzan Portuqaliya millisinin heyətində idi. O vaxtdan bugünədək bombardirlər siyahısında liderdir. 16 ildir eyni səviyyədə çıxış edir".

Qeyd edək ki, Kriştianu Ronaldu ilə Həbib Nurməhəmmədov yaxın dostdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər