"Hatayspor" zəlzələdən sonra ilk matçına çıxdı

Hatayspor zəlzələdən sonra ilk matçına çıxdı
İdman 37

Türkiyədə cari ilin 6 fevralında baş verən, "Əsrin fəlakəti" olaraq adlandırılan zəlzələ səbəbindən Türkiyə Superliqasından geri çəkilmək məcburiyyətində qalan "Hatayspor" yaşıl meydanlara qayıdıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, komanda yoxlama matçında Bursa Böyükşəhər Bələdiyyə Stadionunda İngiltərə təmsilçisi "Hall Siti" ilə qarşılaşıb.

Bu Hatay təmsilçisinin zəlzələdən sonra ilk oyunu olub. Matçdan əvvəl bir dəqiqəlik sükut elan edilib.

Zəlzələdə dünyasını dəyişən komandanın sabiq futbolçusu Kristian Atsu və idman direktoru Tamer Savut anılıb.

"Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl Tamer Savutun adı və "Səni unutmayacağıq" yazısı olan formanı ailəsinə hədiyyə edib.

"Hall Siti" ikinci hissədə oyuna daxil olan Jarvisin 68-ci dəqiqədə vurduğu qolla 1:0 önə keçib.

Ünal Durmuşhanın 83-cü dəqiqədə vurduğu qolla "Hatayspor" hesabı bərabərləşdirib.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Biletdən əldə olunan gəlir zəlzələ qurbanlarına bağışlanacaq. Matçı "Hall Siti" prezidenti Acun Ilıcalı və Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaş tribunadan izləyib.

Qeyd edək ki, fevral ayında Türkiyədə güclü zəlzələ baş verən bölgələrdən biri də Hatay olub. Buna görə də komanda Superliqadakı çıxışını başa vurub. Onların 2022/2023 mövsümünün sonunda Superliqanı tərk ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər