Hansı klublar çempionluq üçün oynayacaq - AÇIQLAMA

"Ötən il yerli çempionatda bəzi komandalar yuxarı yerlər uğrunda mübarizədə açıq-aşkar geridə qalırdılar. Yalnız iki-üç komanda var idi ki, yalnız 4 komanda bu yerlər uğrunda mübarizə aparmağa yaxın idilər".
Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.
O əlavə edib ki, bu il klubların oyununa baxsaq görürük ki, hətta autsayderlərlə qarşılaşmaa əvvəlcədən kimin qalib gələcəyini bilmək olmur:
"Neftçi", "Zirə", Sabah və "Araz Naxçıvan" bu klublarla qarşılaşamada güclü müqavimətlə üzləşirlər.
Bu o deməkdir ki, yeni gələn komandalar heyətini ligonerlərlə komplektləşdirməyi bacarıblar və bu da həmin klubların oyununa birbaşa təsir göstərir.
Amma kimin daha yuxarı yerlər uğrunda mübarizə aparacağını təxmin etsək, ilk növbədə "Qarabağ"ın adını çəkə bilərik. Baxmayaraq ki, onlar üçün bu mövsüm start o qədər də uğurlu olmayıb. Lakin çempionatın favoriti Ağdam təmsilçisidir.
Çempionatın əvvəli göstərdi ki, bu il qalibiyyət əldə etmək heç də asan olmayacaq. Mövsümün sonuna kimi hansı klubun heyəti davam gətirəcəksə, onlar da uğur əldə edəcəklər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
Misli Premyer Liqasının V turunda keçiriləcək oyunların təyinatları bəlli olub. BAKU.WS report-a istinadən xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin növbəti matç...
