Hakan Şükür "Uber"də işlədiyini təsdiqlədi - VİDEO

Hakan Şükür Uberdə işlədiyini təsdiqlədi - VİDEO
Video
İdman 2056

ABŞ-ın paytaxtı Vaşinqtonda taksi fəaliyyəti ilə məşğul olduğu deyilən Türkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür buna aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, Hakan Şükür bununla bağlı şəxsi "YouTube" kanalına videomüraciət yerləşdirib.

Dünya çempionatının üçüncüsü olan Hakan Şükür etiraf edib ki, ABŞ-da "Uber" taksi şəbəkəsinə daxil olaraq sürücü kimi bir müddət işləyib: "Zaman-zaman bunu etmişəm. İngilis dilində danışmaq üçün öz istəyimlə bunu etmişəm. Lakin bunu peşə kimi seçməmişəm".

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

Oxşar xəbərlər

Hakan Şükür Vaşinqtonda taksi sürür - FOTO

Hakan Şükür Vaşinqtonda taksi sürür - FOTO

Türkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü işləyir. BAKU.WS xəbər verir ki, bu barədə o,...

6595 İdman 09:53 14 yanvar 2020

Son xəbərlər