Hakan Şükür Vaşinqtonda taksi sürür - FOTO

Türkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü işləyir.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Die Welt" nəşrinə müsahibəsində bildirib.
Dünya çempionatının üçüncüsü olan Hakan Şükür əvvəllər San-Fransiskoda yaşasa da, sonradan Vaşinqtona köçmək məcburiyyətində qalıb.
Hazırda "Uber" taksi şəbəkəsinin üzvü olan sabiq futbolçu bu yolla dolanışığını təmin edir.
Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.


Oxşar xəbərlər
Tanınmış futbolçu həbs olunub
Danimarka millisinin və Norveçin "Rusenborq" klubunun futbolçusu Niklas Bendtner həbs olunub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu taksi...