"Grand Chess Tour": Rəcəbov günü qələbə ilə başa vurdu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində növbəti görüşlərini keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, II turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqrava qarşı oynayan 34 yaşlı qrossmeyster 41-ci gedişdə təslim olub.
Təcrübəli şahmatçı günün son oyununda FIDE bayrağı altında çıxış edən Alireza Firuzca ilə üz-üzə gəlib. Bu dəfə "ağlar"la oynayan Rəcəbov 48-ci gedişdə rəqibini məğlub edib.
Qeyd edək ki, ilk üç turdan sonra 3 xalı olan Rəcəbov Fabiano Karuana (ABŞ) və Vaşye-Laqravla birlikdə 5 - 7-ci yerləri bölüşdürür. O, sabah Pyotr Svidler (Rusiya), Uesli So (ABŞ) və Karuana ilə münasibətlərinə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirin qalibi oldu
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirində son görüşünü keçirib. BAKU.WS "Report"a i...
