Gömrükçülərimizdən azərbaycanlı boksçulara “qurşaqdan aşağı zərbə”
Dünya Antidopinq Agentliyi (WADA) Azərbaycanın boks komandasını Olimpiya oyunlarından kənarlaşdırmaq istəyib.
Virtualaz.org bildirir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
"WADA-nın bir üzvü bizim boksçuları doping-test etmək üçün Azərbaycana gəlmişdi. O vaxt idmançılarımız həm də qan analizi vermişdilər. WADA nümayəndəsi onları Almaniyanın Köln şəhərindəki laboratoriyaya çatdırmalı idi. O, Bakıdan Gürcüstana uçdu, orada isə Kölnə uçan başqa təyyarəyə minməli idi. Ancaq Gürcüstanda o, yüklərinin içərisində həmin test-analiz nümunələrini tapmayıb.
Demə, bizim gömrükçülər onun baqajında dopinq-testlərin olduğunu biləndə onları götürmək qərarına gəliblər. WADA-nın nümayəndəsi isə elə fikirləşib ki, biz bunu qəsdən etmişik. O, bizə zəng elədi və bildirdi ki, Azərbaycanın boks üzrə yığma komandasının Olimpiadaya qatılmasına icazə verməyəcəklər.
Bizim nazirliyin Antidopinq şöbəsinin müdiri İradə Rüstəmzadə gecəyarısı Bakı - İstanbul – Köln reysi ilə uçdu və götürülmüş test-dopinq nümunələrini təyin olunmuş vaxtda lazımi yerə çatdırdı", - deyə A.Rəhimov vurğulayıb.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev idmançılarımızı Rio-de-Janeyroya yola saldı
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma məras...