Gimnastımız Avropa çempionatının finalında
28
may
2025
13:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nikita Simonov Almaniyanın Leypziq şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edərək finala yüksəlib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin gimnastı özünün əsas növü olan halqalarda çıxış edib.
O, hakimlərdən 14.033 xal alaraq təsnifat mərhələsində yeddinci yeri tutub və finala vəsiqə qazanıb.
Halqalarla yarışın finalı mayın 30-da keçiriləcək.
Qeyd edək ki, Simonov ötən il keçirilən qitə çempionatının gümüş medalçısı olub.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...