Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına Gəncə ev sahibliyi edəcək.
Bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva açıqlama verib.
O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir: "Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq. İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir.
Düşünürəm ki, biz əsas olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi olan qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...