Fyuri rəqibi Usikə səsləndi: "Maestro geri qaydıb"

Fyuri rəqibi Usikə səsləndi: Maestro geri qaydıb
İdman 4

Britaniyalı boksçu Tayson Fyuri sosial şəbəkə vasitəsilə gələcək rəqibi ukraynalı Aleksandr Usikə müraciət edib.

"Biri Oleksandr Usikə desin ki, maestro qayıdıb. Mən gözləyə bilmirəm", - deyə müraciətdə qeyd olunub.

Buna qədər Usik və Fyuri 2024-cü il fevralın 17-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşü nəzərdə tutulmuşdu. Fevralın 2-də britaniyalı məşq zamanı gözündən zədə alıb və bu, döyüşün təxirə salınmasına səbəb olub.

Qarşılaşmanın yeni tarixi 18 may 2024-cü ildir. Boks yarışı növbəti dəfə təxirə salınarsa, buna görə məsuliyyət daşıyan tərəf 10 milyon dollar cərimələnəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər