Tayson Fyuri ilə Aleksandr Usikin döyüşünün vaxtı dəqiqləşdi
Tayson Fyuri ilə Aleksandr Usik ağır çəkidə mütləq çempion adı uğrunda döyüşü fevral ayında keçirəcək.
BAKU.WS ESPN-ə istinadən xəbər verir ki, böyük döyüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində baş tutacaq. İlkin olaraq döyüşün 23 dekabrda keçiriləcəyi planlaşdırılsa da Tayson Fyurinin 28 oktyabrda Frensis Nqannuya qarşı döyüşün tarixinin dəyişməsinə səbəb olub. Həmin döyüşdə Tayson Fyurinin qaşı partlamış və nokdauna düşmüşdü. 35 yaşlı Fyuri UFC-nin sabiq çempionu Frensis Nqannu üzırində çətinliklə qələbə qazanmışdı.
36 yaşlı Usik WBA, IBF və WBO çempionluq kəmərlərinə sahibdir. O, karyerası ərzində 21 döyüşdə 21 qələbə qazanmışdı. Aleksandr bu döyüşlərin 14-nü nokautla başa vurub.
Fyuri isə WBC titulunun sahibidir. O, karyerası ərzində keçirdiyi 35 döyüşün 34-də qələbə qazanaraq bir döyüşünü heç-heçə ilə başa vurub.
Oxşar xəbərlər
Terens Krouford boks üzrə mütləq dünya çempionu oldu
Amerikalı boksçu Terens Krouford 12 raunddan ibarət döyüşdə Errol Spensi məğlub edib. BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Las-Veqasda (ABŞ, Nevada ştatı...