Futbol üzrə dünya çempionatının favoritlərinin adı açıqlanıb
Dünya futbolunun ən böyük turnirlərindən biri olan FIFA Dünya Kuboku 2026 üçün hazırlıqlar davam edir.
BAKU.WS xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Yarış 12 qrup üzrə keçiriləcək və oyunlar iyunun 11-də start götürəcək. Final isə iyulun 19-na planlaşdırılıb.
Püşkatma nəticəsində nisbətən balanslı qruplar formalaşıb. Ev sahiblərindən Meksika A qrupunda Cənubi Afrika, Cənubi Koreya və Çexiya ilə mübarizə aparacaq. Kanada isə B qrupunda Qətər, İsveçrə və Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Türkiyə D qrupunda ev sahibi ABŞ, Paraqvay və Avstraliya ilə üz-üzə gələcək. Komandanın qrup mərhələsində keçirəcəyi oyunlar Avstraliya, Paraqvay və ABŞ-yə qarşı olacaq.
Favoritlər arasında ilk növbədə İspaniya yığması göstərilir. Komanda seçmə mərhələdə inamlı çıxış edib və heyətində Pedri, Rodri və Lamin Yamal kimi ulduzlar var. İngiltərə və Fransa da əsas iddialılar sırasındadır. Son dünya çempionu Argentina və ənənəvi favorit Braziliya da kubok uğrunda mübarizədə diqqət mərkəzində olacaq.
Sürpriz edə biləcək komandalar arasında Norveç, Mərakeş, Misir, Yaponiya və Kolumbiya qeyd olunur. İlk dəfə turnirə qatılacaq Curaçao, Yaşıl Burun Adaları və Özbəkistan da diqqət çəkən iştirakçılar sırasındadır.
Qeyd edək ki, bu mundial format baxımından əvvəlkilərdən fərqlənəcək və daha çox komandanın iştirakına imkan verəcək.
Oxşar xəbərlər
"Liverpul" Salahın yerinə 100 milyon avroluq transfer planlaşdırır
İngiltərənin "Liverpul" klubu mövsümün sonunda komandadan ayrılacağı açıqlanan Mohamed Salahın əvəzini doldurmaq üçün yeni hücumçu axtarır. BAKU.WS xəbər verir...