Futbol qaydalarında yeni dəyişikliklər edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Futbol Assosiasiları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.
Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.
Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.
Oxşar xəbərlər
Futbolda ofsaydla bağlı yeni qayda təsdiqləndi
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında dəyişiklikləri təsdiqləyib. BAKU.WS report-a istinad...