Futbolda ofsaydla bağlı yeni qayda təsdiqləndi

18
mar
2021
20:09
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında dəyişiklikləri təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, yeni qaydalara görə, qapıçılar da daxil olmaqla, hücum edən komandanın oyunçularının əlləri və ya qolları rəqibdən öndə olarsa, bu, ofsayd hesab olunmayacaq.
Eyni xətt prinsipi qolun yuxarı hissəsindən, yəni qoltuq altından hesablanacaq.
Qeyd edək ki, IFAB daha əvvəl əllə oyun qaydalarında dəyişikliyi təsdiqləyib.
Oxşar xəbərlər
FIFA ofsayd qaydalarında dəyişik etməyə hazırlaşır
FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında mümkün dəyişiklikləri nəzərdən keçirir. BAKU...
