Futbol klubu oyunçuların əvəzinə 10 baş keçi aldı

Futbol klubu oyunçuların əvəzinə 10 baş keçi aldı
İdman 2022
Türkiyənin İsparta bölgəsində həvəskarlar liqasında çıxış edən “Gülspor” klubu xərclərini qarşılamaq üçün qeyri-adi addım atıb.BAKU.WS-ə istinadən xəbər verir ki, klub yetişdirdiyi 18 futbolçusunu 15 min lirəyə sataraq həmin pula 10 baş keçi alıb. İlk ildə keçilərin südünün satışından 4-5 min lirə qazanc və 20 bala gözlənilir. 6 ildən sonra keçilərin sayının 140-a çatacağı proqnozlaşdırılır. Əldə olunacaq vəsaitin klubun inkişafına töfhə verəcəyi bildirilir.Qeyd edək ki, 1954-cü ildə təsis edilən “Gülspor” İspartanın ən köklü klublarından hesab olunur. Hazırda klubun müxəlif yaş qruplarında, ümumilikdə, 150 futbolçu yer alıb.BAKU.WS

Oxşar xəbərlər

“Qarabağ” klubu ilk transferini rəsmiləşdirib

“Qarabağ” klubu ilk transferini rəsmiləşdirib

“Qarabağ” klubu 2018/19-cu illər mövsümü üçün heyətini gücləndirməyə start verib.BAKU.WS-in klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi xor...

2278 İdman 17:08 02 iyun 2018

Son xəbərlər