"Formula 1"də QORXULU ANLAR - Bolid yandı - VİDEO

Formula 1də QORXULU ANLAR - Bolid yandı - VİDEO
Video
İdman 255

"Formula 1" üzrə Azərbaycan Qran-prisində həyəcan dolu anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, sərbəst yürüş zamanı fransalı pilot Pyer Qaslinin bolidi yanıb.

Yanğınsöndürənlər onun avtomobilindəki alovu ram etməyə çalışıblar. Həmin an azarkeşlər tərəfindən lentə alınan görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq viral olub.

Xatırladaq ki, artıq Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. Bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.

BAKU.WS sözügedən videonu təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər