Formula-1: “Mercedes” pilotlarının hegemonluğu bitdi, Ferstappen ilk dəfə dünya çempionu oldu

Formula-1: “Mercedes” pilotlarının hegemonluğu bitdi, Ferstappen ilk dəfə dünya çempionu oldu
İdman 121

“Formula-1”də 2021-ci il mövsümünün çempionu bəlli olub.

BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, titula Maks Ferstappen yiyələnib.

“Red Bull”un niderlandlı pilotu karyerasında ilk dəfə “Formula-1”in çempionu adını qazanıb. 24 yaşlı idmançı Abu-Dabi Qran-Prisindəki qələbə ilə 1-ci yerin sahibi olub – 395,5 xal. 2-ci olan Lüis Hamilton mövsümü də eyni pillədə bitirib – 387,5 xal. Onun “Mercedes”dəki komanda yoldaşı Valtteri Bottas 3-cü yeri tutub – 230 xal.

Bununla da Maks “Mercedes” pilotlarının hegemonluğuna son qoyub. 2013-cü ildən sonra ilk dəfə “Red Bull” təmsilçisi qalib olub.

Qeyd edək ki, mühəndislər kubokunda “Mercedes” qalib olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər