Formula 1 ilə bağlı tikinti işləri bu tarixdə başa çatacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Halqası şəhər treki olduğundan tikinti işləri yarışadək bitəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı düşünürük.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
O qeyd edib ki, Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə də start verilib.
"Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik", - deyə o əlavə edib. Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022 iyunun 10-12 tarixlərində baş tutacaq.
Oxşar xəbərlər
Formula-1-in Azərbaycan Qran Prisi üçün tikinti-quraşdırma işlərinə start verilib
Formula-1-in Azərbaycan Qran Prisi artıq 6-cı dəfədir ki, keçirilir. Yarış 10-12 iyun tarixlərində baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan...