"Formula 1": Emiliya-Romanya Qran-prisinin qalibi bəlli oldu
24
apr
2022
19:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyada keçirilən "Formula 1" üzrə İtaliya Emiliya-Romanya Qran-prisinə yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İmola trasında baş tutan mövsümün dördüncü mərhələsinin qalibi "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen olub.
Onun komanda yoldaşı olan meksikalı Serxio Peres ikinci, "McLaren"in britaniyalı sürücüsü Lando Norris isə üçüncü yeri tutub.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.
Oxşar xəbərlər
“Formula 1”də yeni mövsümün tam təqvimi açıqlandı
“Formula 1”də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb. Bu il ərzində rekord sayda - 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20...