Bu gün Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarışın sonuncu günündə ilk olaraq "Formula 2" pilotları mübarizə aparacaq.
Ardınca isə əsas mərhələ start götürəcək.Saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
Azərbaycan Qran-prisi
6 iyun
"Formula-2"
Saat 12:45-13:50 - Əsas yarış
“Formula-1”
Saat 14:10-14:50 – Pilotların təqdimatı
Saat 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat 16:00-18:00. Əsas yarış
Qeyd edək ki, ilk 5 mərhələdən sonra "Red Bull"un sürücüsü Maks Ferstappen 105 xalla birinci, "Mercedes"dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 56 xalla "McLaren"in pilotu Lando Norris qapayır.
Komanda hesabında da "Red Bull" 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, "McLaren" 80 xala üçüncü sırada yer alıb.
Oxşar xəbərlər
Azərbaycan Qran-prisində sıralama turu başladı
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarış 17:00-dək davam edəcək. Günün birinci...