"Neftçi" FIFA-nın transfer qadağasının 3-5 gün ərzində ləğv ediləcəyini açıqlayıb

Neftçi FIFA-nın transfer qadağasının 3-5 gün ərzində ləğv ediləcəyini açıqlayıb
İdman 28

FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".

***09:22

FIFA "Neftçi"yə transfer qadağası qoyub.

BAKU.WS xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Yuri Vernidubun rəhbərlik etdiyi kluba transfer qadağası qarşıdakı üç "transfer pəncərəsi" dönəmində qüvvədə olacaq.

Qadağa 5 may 2026-cı ildə qüvvəyə minib.

Qərarın konkret səbəbləri hələ açıqlanmayıb.

Qeyd edək ki, siyahıda "Neftçi"dən başqa, Türkiyənin "Antalyaspor", Misirin "Zamalek", Rumıniyanın "CFR Kluj" və bir sıra digər klublar da yer alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər