FIFA AFFA-ya maliyyə yardımının detallarını açıqladı

FIFA AFFA-ya maliyyə yardımının detallarını açıqladı
İdman 48

FIFA milli federasiyalara koronavirus pandemiyasının təsiri ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, AFFA da daxil olmaqla təşkilata üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ödəniləcək.

6 konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək. Üçüncü mərhələdə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Lakin məbləğ illik gəlirin 35 faizindən çox olmamalıdır.

Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək, xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər