"Ferrari" pilotu Bakıda qəza törətməsinin səbəbini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Ferrari" pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşündə qəza törətməsinin səbəbini açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 26 yaşlı sürücü sağa dönməzdən əvvəl əyləcə çox bərk basdığını söyləyib.
"Beləliklə, özümü yolun palçıqlı hissəsində tapdım. Sonra təkərləri bağlasam da, çox gec idi. Bu səbəbdən səddə çırpıldım. Həftəsonu üçün yaxşı başlanğıc deyildi. Amma bolidə arxayın idim və heç bir ciddi problem yoxdur", - deyə Ş.Lekler vurğulayıb.
O, ikinci sərbəst yürüşdəki problemlərin qəzanın nəticələri ilə bağlı olmadığını vurğulayıb:
"Sadəcə, avtomobilə quraşdırdığımız yeni hissədə problem yarandı. Bu, sükanda mənə çətinlik yaratdı".
Qeyd edək ki, "Formula 1"də bu gün üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...