Fernandu Santuş: Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq. Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır.
"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis bunun üçün şəraitin olduğunu bildirib: "Uğur ani olaraq göydən düşmür. Xalqın inamı da önəmlidir. Ümid edirəm ki, bizdə alınacaq. Bu layihəni həyata keçirmək üçün Azərbaycanda yaşayacağıq. Oyunları yola verib öz ölkəmizə qayıtmayacağıq. Ailəmizlə birlikdə ölkənizdə olacağıq".
Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
Oxşar xəbərlər
Fernandu Santuşun yığmamıza təyinatı dünya KİV-də - FOTO
Bu gün futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub. Baş məşqçi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşa həvalə edilib. BAKU...