Fernandu Santuşun yığmamıza təyinatı dünya KİV-də - FOTO

Bu gün futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub. Baş məşqçi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşa həvalə edilib.
BAKU.WS xəbər verir ki, Santuşun Azərbaycan yığmasının başına keçməsi dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırılıb.
Türkiyənin nüfuzlu "Ajansspor", "Anadolu Ajansı", "Ensonhaber.com", "NTV Spor", "CNN Türk", "Milliyet", "İhlas Haber Ajansı" "beinsports.com.tr", "Fanatik", "Cumhurriyet", "Sabah", "Yeni Şafak", "TRT Spor" saytları, nüfuzlu "Transfermarkt" portalı, Fransanın "Foot Mercato" nəşri, həmçinin "A Bola", "Nogomania", "OneFootball", "O Jogo" nəşrləri təyinatı oxucuların diqqətinə çatdırıb.
Qeyd edək ki, iyunun 13-də futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.
Santuş məşqçilik karyerasına isə 1987-ci ildə başlayıb. 2014-2022-ci illərdə ölkəsinin yığmasına rəhbərlik edib. Portuqaliya millisi tarixində ilk Avropa çempionluğunu da məhz bu baş məşqçi ilə əldə edib. Tanınmış mütəxəssis 2023-cü ildə Polşa millisində, 2024-cü ildə isə Türkiyənin "Beşiktaş" klubunda çalışıb.













Oxşar xəbərlər
AFFA Məşqçilər Komitəsinin sədri: Santuşla 2028-ci ilə qədər müqavilə bağlanıbsa, deməli, hədəflər böyükdür
Birdən-birə nəsə gözləmək çətindir. 2028-ci ilə qədər müqavilə bağlanıbsa, deməli, hədəflər böyükdür. BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında AFFA...
